1997-ci ildən etibarən Bakıda ən yaxşı dil təlimləri keçməkdəyik

“Language Solutions” Bakıda İngilis dili və Ünsiyyət Bacarıqları üzrə təlim sahəsində qabaqcıl xidmət təchizatçısıdır. Biz təxminən on ildir ki Azərbaycanlı işçi qüvvəsi üçün təlim keçməkdəyik və bu, yalnız İngilis dili təlimindən ibarət deyil: biz İdarəetmə Bacarıqları üzrə tam çeşidli Kurslar, Azərbaycan dili və digər dillər üzrə təlim və tərcümə xidmətləri göstəririk və eləcə də enerji sektorları üçün bizim öz yeni akkreditasiya olunmuş testimiz olan Texniki Təhlükəsizlik üzrə İngilis Dili Testi keçirik.

“Language Solutions” beynəlxalq məktəblər şəbəkəsinin bir hissəsi kimi biz Londonun mərkəzində yerləşən öz təlim mərkəzimizdə tədrisin davamını təşkil edən proqramlar təklif edirik. Biz Bakıda geniş sayda müştərilər ilə işləyirik və bir çox müxtəlif növ təlimlərin keçirilməsində təcrübəyə malikik. Bizim beynəlxalq təcrübəmiz bizə düzgün yerli həllər təmin etməyə imkan verir. Beləliklə, sizin təlim tələbləriniz nə olursa olsun, biz sizə kömək etməyə hazırıq. Əlavə məlumat almaq və ya təliminizə başlamaq üçün Bakının mərkəzində Fəvvarələr Meydanının bilavasitə yaxınlığında yerləşən ofislərimizə elə bu gün zəng edin və ya baş çəkin.


İctimai Kurslar

Bizim şəhər mərkəzindəki məktəbimizdə kiçik qruplardan ibarət yüksək keyfiyyətli İngilis dili kursları.

Texniki Təhlükəsizlik üzrə İngilis dili Testi

Qlobal enerji sənayesi üçün xüsusi olaraq layihələndirilmiş İngilis dili səriştəsi üzrə test.

Hər hansı yardıma ehtiyacınız var?
Sizə yardım etməyə hazırıq,
bizə kömək üçün müraciət etməkdən çəkinməyin.

 +994 12 4973710

 support@langsols.az