<img src="images/quote-noflash.png" width="423" height="43" />


Ümumi İngilis dili

“Language Solutions” Ümumi İngilis dili kurslarının (xüsusən də beynəlxalq miqyasda tanınmış imtahanlar üçün nəzərdə tutulan kursların) keçirilməsində çox illik təcrübəyə malikdir. Biz tələb olunan tədris kursu üçün ən müvafiq təlim materiallarından istifadə edirik. Bir çox mərkəzlərimizdə biz İnteraktiv Elektron Lövhələrdən istifadə edirik və bizim müəllimlərimiz təlimi canlı və maraqlı etmək məqsədilə əksər rəqəmsal kompüter proqramlarına və əlaqədar materiallara yiyələnmək üçün təlim keçiblər.
Biz bilavasitə “Cambridge Main Suite” imtahanları kimi bir sıra yaxşı tanınmış imtahanlar üçün nəzərdə tutulmuş təlim keçə bilərik.
Hal-hazırda bunlardan ən çox tanınmışları KET, PET və FCE imtahanlarıdır. Biz həmçinin istənildiyində CAE və CPE üzrə də təlim keçə bilərik


KET (Əsas İngilis dili Testi) Təməl səviyyəli yazılı və şifahi (danışıq) ünsiyyət bacarıqlarını test edən ilkin səviyyəli imtahan.
PET (İlkin İngilis dili Testi)
Sizin gündəlik yazılı və şifahi (danışıq) ünsiyyətin öhdəsindən gəlmə bacarığınızı test edən orta səviyyəli imtahan.
FCE (İngilis dili üzrə İlk Sertifikat) Təkmilləşdirilmiş orta səviyyəli imtahan - əgər siz bir sıra yazılı və şifahi (danışıq) ünsiyyətlərin öhdəsindən əminliklə gəlirsinizsə, o zaman bu imtaha sizin üçün idealdır.


Təlim keçirilməsindən əlavə, bizim beynəlxalq mərkəzlərimizdən biri Kembric imtahanları üçün akkreditasiya olunmuş mərkəzdir və biz həmçinin Liviyadakı müştərilərimiz üçün Kembric imtahan mərkəzləri təşkil etmişik. Biz öz kadrlarımıza “Kembric Şifahi İmtahançıları” (Cambridge Oral Examiner - OE) səviyyəsinə qədər təlim keçmişik və biz OETC (şifahi imtahançı- təlimatçı koordinator), CEM (imtahanlar üzrə menecer) və TL (qrup rəhbəri) kimi Kembric İmtahanları ierarxiyasında təcrübəyə malik kadrlara malikik və beləliklə də biz həm imtahan kurslarının keçirilməsində, həm də onlar arasında imtahanların aparılmasında yüksək təcrübə sahibiyik.


Hər hansı yardıma ehtiyacınız var?
Sizə yardım etməyə hazırıq,
bizə kömək üçün müraciət etməkdən çəkinməyin.

 +994 12 4973710

 support@langsols.az