1997-ci ildən etibarən Bakıda ən yaxşı dil təlimləri keçməkdəyik


Şirkətlər üçün Kurslar

“Language Solutions” ixtisaslaşmış İngilis dili və ünsiyyət bacarıqları üzrə geniş çeşidli təlim kursları, habelə digər dillər üzrə kurslar keçir.

Dil Təlimi
Biz müxtəlif formatlarda təlimlər təklif edirik və peşəkar səviyyəli, vaxtlı-vaxtında xüsusi məlumatlandırma təmin etmək üçün müştərilərə xüsusi layihələndirdiyimiz kursun idarə olunması sistemini  təklif edə bilərik. 

ELS-də biz müxtəlif müştərilərimizin geniş çeşidli ehtiyaclarını qarşılamaq bacarığımızdan qürur duyuruq və biz xüsusi hazırlanan kursların yaradılmasında ekspertik. Aşağıda verilmiş kurslar bizim təklif etdiyimiz kursların çoxunu əks etdirir, lakin biz sizin təlim tələblərinizə cavab vermək üçün daha geniş çeşidli kursları müzakirə etməyə məmnuniyyətlə hazırıq.


Ümumi Kurslar

Biz sizin iş yerinizdə və ya bizim təlim mərkəzimizdə yüksək səviyyədə ixtisaslaşmış təlimçilər təmin etməklə - başlanğıc səviyyəsindən tutmuş təkmilləşdirilmiş səviyyəyə qədər İngilis dili təlimi təklif edirik.

İşgüzar İngilis dili

Bizim işgüzar dil kursları peşəkarlar üçün nəzərdə tutulub və bugünkü günün çox-mədəniyyətli işgüzar mühiti üçün praktiki və müvafiqdir.

Enerji Sənayesi üçün İngilis dili

Bu kurs enerji sektorunda işləyən işçilər və praktikantlar üçün nəzərdə tutulub və bu kursda diqqət texniki terminologiyaya, o cümlədən, texniki təhlükəsizlik dilinə cəmlənib.

İmtahan Kursları

ELS sizi “Cambridge KET” və “PET” testlərindən tutmuş “FCE” və “CAE” testlərinə və eləcə də BULATS imtahanlarından tutmuş İELTS və TOEFL imtahanlarına qədər bir çox sayda imtahanlara hazırlayacaq.

Digər Dillər

ELS-də siz Azərbaycan və Rus dillərini və eləcə də İspan, Fransız, İtalyan, Alman, Çin və Ərəb dilləri kimi bir sıra digər dilləri də öyrənə bilərsiniz.

İdarəetmə Bacarıqları üzrə Təlim Kursları

Bu qısa kursdan spesifik sahələrdə etimad qazanmaq və bacarıqlarını təkmilləşdirmək istəyən peşəkarlar faydalanacaq.
Hər hansı yardıma ehtiyacınız var?
Sizə yardım etməyə hazırıq,
bizə kömək üçün müraciət etməkdən çəkinməyin.

 +994 12 4973710

 support@langsols.az